Türkiyənin ilk milli “Yeni Altay” tankları sınaq üçün Türkiyə Silahlı Qüvvələrinə təhvil verilib.
Aktualtv.az xəbər verir ki, mərasim Sakaryada keçirilib. Qeyd edək ki, “Yeni Altay” davamlılıq və təhlükəsizlik baxımından rəqiblərini üstələyir. 120 mm və 55 kalibrli topla təchiz edilən müasir tankların atəş sistemi çox güclüdür. Zərbə gücü baxımından böyük tutuma malik yeni hərbi maşın azı 8 kilometr məsafədəki hədəfi vura biləcək.
“Yeni Altay” nisbətən yüngüllüyü sayəsində yüksək hərəkətliliyə malikdir və bunun sayəsində rəqiblərini geridə qoymağı bacarıb. O, keyfiyyət baxımından dünyanın ən yaxşısı kimi tanınan “Leopard” tankları ilə müqayisə edilir.
“Yeni Altay” Türkiyənin müdafiə sənayesindəki nailiyyətlərdən biri kimi qiymətləndirilir.
Etibar Məmmədov / aktualtv.az










