Türkiyənin müdafiə sənayesinin sürətli inkişafında qeydə alınan əhəmiyyətli irəliləyişlər xarici asılılığın 80%-dən 20%-ə enməsinə səbəb olub.
Aktualtv.az xəbər verir ki, bu sözləri ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Yeni “Altay” tanklarının Silahlı Qüvvələrə təhvil verilməsi mərasimində çıxış edən türkiyəli lider müdafiə sənayesində tam müstəqil olmaq məqsədini vurğulayıb.
Ərdoğanın sözlərinə görə, 2002-ci ildə 62 müdafiə sənayesi ilə bağlı layihə var idisə, artıq bu göstərici 750-ni aşıb. Bu özünü həmin istiqamətə ayırılan maliyyə vəsaitində də aşkar göstərir. 2002-ci ildə Türkiyənin müdafiə layihələri üçün ümumi büdcəsi 5,5 milyard dollar olduğu halda, hazırda tender prosesində olanlar da daxil olmaqla, büdcə 75 milyard dollara çatıb.
Büllur Məmmədova / aktualtv.az










