ABŞ 11 İran rəsmisinə insan haqlarını pozduğuna görə sanksiya tətbiq edib.
Aktualtv.az xəbər verir ki, ABŞ 11 iranlı məmura insan haqlarının pozulmasına görə cavabdeh olduqlarını əsas gətirərək sanksiya tətbiq etmək qərarına gəlib.
ABŞ dövlət katibi Antoni Blinken sanksiya qərarı ilə bağlı yazılı açıqlama verib:
“ABŞ İranın davam edən insan haqları pozuntularını pisləyir. Biz İran rejiminin qəddar siması ilə üzləşən İran xalqını və onun fundamental azadlıqlara hörmət tələbini dəstəkləməkdə qərarlıyıq. Bu gün Dövlət Departamenti dinc nümayişçilərin öldürülməsində, saxlanmasında, döyülməsində və dinc toplaşmaq yolu ilə onların ifadə azadlığına mane olmaqda məsul olan və ya əli olan 11 İran rəsmisinə viza məhdudiyyəti qoyur”.
Etibar Məmmədov / aktualtv.az










