ABŞ və Koreya Respublikası prezidentləri Con Bayden və Yun Sok Yol görüş zamanı Koreya Xalq Demokratik Respublikasının nüvə təhlükəsinə qarşı birgə tədbirləri elan edəcəklər.
Aktualtv.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib. Baydenin müşaviri qeyd edib ki, Vaşinqton və Seul fikir ayrılıqlarının sülh yolu ilə həllinə və Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə nail olmaq üçün Şimali Koreya ilə dialoq axtarmağa sadiqdirlər. Bundan əlavə, Sallivan ABŞ və Cənubi Koreya liderlərinin kibertəhlükəsizlik, iqlim dəyişikliyinin azaldılması və investisiya məsələlərini də müzakirə edəcəyini söyləyib.
Qeyd edək ki, Yun Sok Yol aprelin 29-dək ABŞ-də dövlət səfərində olacaq.
Səbinə Kərimova / aktualtv.az










