Ukraynanın müxtəlif bölgələrində ümumilikdə 60-dan çox muzey və qalereya Rusiya hərbçiləri tərəfindən dağıdılıb və ya zədələnib.
Aktualtv.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski növbəti videomüraciətində deyib. Zelenski bir daha vurğulayıb ki, təcavüzkar məğlub olana qədər heç kim heç yerdə özünü təhlükəsiz hiss edə bilməz.
“Gün ərzində Rusiyanın adi mülki binaları S-300 raketləri ilə atəşə tutmasından sonra Xarkov vilayətinin Kupyansk şəhərində dağıntıların təmizlənməsi davam etdirilib. Terrorçular tarix-diyarşünaslıq muzeyini və yaxınlıqdakı evləri hədəfə alıblar. Rusiya bu zərbə ilə iki qadını öldürüb. Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verirəm”, -deyə dövlət başçısı qeyd edib.
Səbinə Kərimova / aktualtv.az










