Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə səfər edəcək.
Aktualtv.az xəbər verir ki, Xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, Putinin Ərdoğanın dəvəti ilə Akkuyu Atom Elektrik Stansiyasının açılışında iştirakı gözlənilir. Lavrov ölkəsinin kənd təsərrüfatı məhsullarının ixracında praktiki olaraq heç bir nəticənin olmadığını da bildirib. Deyib ki, taxıl sövdələşməsi ətrafında vəziyyət dalana dirənib.
Qeyd edək ki, Polşa, Rumıniya, Bolqarıstan, Slovakiya və Macarıstan Ukraynadan taxıl idxalı məsələsində razılığa gələ bilməyib. Beş ölkə bir sıra məhsulların idxalına qadağa qoyulmasını tələb edib. Komissiyanın ilkin təklifi isə buğda, qarğıdalı və günəbaxan idxalının qarşısını almaq idi. Nəticədə Avropa Komissiyası Ukraynadan günəbaxan yağının idxalına qadağa qoymağa razılaşıb.
Etibar Məmmədov / aktualtv.az










