Şəhid ailələri və qazilər Şuşada

“Müharibə iştirakçılarına psixoloji dəstəyin göstərilməsi – gəzintilərin təşkili” layihəsi  Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

“Qadın və Cəmiyyət”  Vətəndaş Maarifçiliyi ictimai birliyinin sədri, Layihə rəhbəri Şəbnəm Rəfaelqızının Aktualtv.az-a verdiyi xəbərə görə ictimai birliyin  növbəti tədbiri layihənin Fəaliyyət planına uyğun olaraq Şuşa şəhərində baş tutub. Şəhid ailələri, qazilər, QHT və Media  nümayəndələri iştirak ediblər.

Sübh tezdən xüsusi avtobusla  qrup yola çıxıb.

Əvvəlcə səhər yeməyi yeyilib.

Yola davam edərək Şuşa şəhərində layihə iştirakçıları Cıdır düzünə gəliblər. Layihə rəhbəri Şəbnəm Rəfaelqızı məlumat verdi ki, iki şəhidimizin valideyninin dilindən bu sözləri eşitmək həm kədərli, həm də qürurlu idi: Övladlarımızın son nəfəsini verdiyi Cıdır düzü, Şuşanı ziyarətlə elə bildik balalarımız geri döndülər. Cıdır düzündən  torpaq götürmüşük. Övladlarımızın məzarı olan torpağa tökəcəyik. Övladlarımız vətənin bir parçası olan Şuşanı qaytarıblar. Şuşa bizim şərəf yerimizdir. Övlad itkisi ağır olsa da bu dəqiqələrdən bununla təskinlik  tapırıq. Şəbnəm xanım, bu şərəfli dəqiqələri bizə yaşatdığınıza görə minnətdarıq. Həm də Ramazan bayramı günündə Şuşada olmaq hər kəsin yəqin ki, ən böyük arzusudur.

Şəbnəm Rəfaelqızı qeyd edib ki, ictimai birlik olaraq bu anları yaşatdığına görə Azərbaycan Dövlətinə, Azərbaycan Respublikası Prezidentinin  Administrasıyasına , xüsusi ilə Azərbaycan Respublikası Prezidentinin Qeyri-hökumət təşkilatları  ilə iş və kommunikasiya şöbəsinin  sector müdiri cənab Vüsal Quliyevə minnətdarlıq bildiririk. QHT-lərə Dövlət Dəstəyi Agentliyinə minnətdardı ki, layihə dəstəklənib, səfərin baş tutmasına şərait yaradılıb.

Ötən tədbirlərdən birində Azərsu ASC-nın bir qrup şəhid ailəsi və qazilərinin arzusunu nəzərə alaraq səfərə dəvət olunublar. Sözümüzü tutduq, Şuşada olmaq istəklərını həyata keçirdik!

Səfər iştirakçıları Molla Pənah Vaqifin məqbərəsini, güllələnmiş hehykəlləri  də  ziyarət ediblər .

Daha sonar layihə çərçivəsində yemək süfrəsi açılıb.

Şuşanın hər döngəsini, dağılan evləri  həsrətlə ziyarət edən iştirakçılar kədərli anlar yaşadılar. Çünki hər dalanı uğrunda şəhidlərimiz qanlarını torpağa axıdıblar…

Şuşa Qalasını ziyarət əslində əhval-ruhiyyələrini bir qədər yüksəltdi. Çoxlu şəkillər çəkildi. Rəqs edənlər də oldu. Vaxtaşırı psixoloq Vəfa Abbasova şəhid ailələri və qazilərlə söhbətlər apardı.

Səyahətin sonunda şirniyyat və çay süfrəsi açıldı. Beləliklə, “Müharibə iştirakçılarına psixoloji dəstəyin göstərilməsi – gəzintilərin təşkili” layihəsinin son tədbiri   Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirildi.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]