Senatorlardan Baydenə çağırış – Çinə sanksiya tətbiq et!

Bir qrup respublikaçı senator ABŞ prezidenti Co Bayden administrasiyasını milli təhlükəsizliklə bağlı narahatlıqları əsas gətirərək “Huawei Cloud” və digər Çin bulud xidməti şirkətlərinə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Aktualtv.az  xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

“Çinin bulud hesablama şirkətləri getdikcə daha çox xarici təşkilatlarla – bəzi hallarda sanksiyalar altında olan xarici təşkilatlarla əlaqə saxlayır. Onlar birbaşa ABŞ və müttəfiqlərinin milli təhlükəsizlik və iqtisadi təhlükəsizlik maraqlarına meydan oxuyur”, – məlumatda deyilir.

Qeyd edək ki, 2019-cu ilin may ayında ABŞ Ticarət Departamenti ABŞ-ın təhlükəsizlik narahatlığına görə “Huawei” şirkətini “qara siyahı”ya salıb.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]