Türkiyə, Rusiya, Suriya və İran arasında Moskva görüşündə Türkiyənin müdafiə naziri Hulusi Akar, rusiyalı həmkarı Sergey Şoyqu, iranlı həmkarı Mohammed Reza və suriyalı Əli Mahmud Abbas iştirak ediblər. Nazirlərlə yanaşı ölkələrin kəşfiyyat idarələrinin rəhbərləri də görüşlərə qatılıb.
Aktualtv.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyə müdafiə nazirliyi yayıb. Bildirilir ki, Suriyadakı vəziyyət, Türkiyə-Suriya münasibətləri, Suriya torpaqlarında terrora qarşı mübarizə və suriyalıların vətənlərinə qayıtması məsələləri müzakirə edilib.
Ölkənin ərazi bütövlüyünə hörmət edən tərəflər bölgədə sülh və əmin-amanlığın təmini üçün görüşləri davam etdirməyin vacibliyini də vurğulayıblar.
Büllur Məmmədova / aktualtv.az










