Ukraynanın prezident ofisi Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı Qərb ölkələrinə tövsiyələrin yer aldığı yeni plan dərc edib.
Aktualtv.az “TASS”a istinadən xəbər verir ki, sənəd Ukraynanın yenidən qurulması səbəbindən bütün ruslar üçün viza rəsmiləşdirilməsinə görə rüsumun tətbiqi, Rusiya və Belarus idmançılarına qarşı tədbirlərin görülməsini, enerji, maliyyə və digər sanksiyaların sərtləşdirilməsini təklif edir. Planı Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak və ABŞ-nin Rusiyadakı keçmiş səfiri Maykl Makfolun rəhbərlik etdiyi ekspert qrupu hazırlayıb.
Qeyd edək ki, “Fəaliyyət Planı 2.0” adlı 35 səhifədən ibarət sənəd Rusiya aktivlərinin müsadirəsi, xarici biznesin federasiya ərazisindən çıxarılması və digər məsələlərlə yanaşı, “sanksiya koalisiyasının” uzadılmasına həsr olunmuş 12 bölmədən ibarətdir.
Büllur Məmmədova / aktualtv.az










