ABŞ Hərbi Dəniz Qüvvələri Mərkəzi Komandanlığının 5-ci Donanması Oman körfəzində İran tərəfindən kommersiya gəmisinin saxlanılması ilə bağlı bəyanat yayıb.
Aktualtv.az xəbər verir ki, bəyanatda qeyd olunub ki, 27 aprel yerli vaxtla saat 13:15-də Marşal Adaları bayrağı ilə Oman körfəzində, beynəlxalq sularda üzən “Advantage Sweet” adlı neft tankeri İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) donanması tərəfindən saxlanılıb. Neft tankeri ələ keçirilərkən həyəcan çağırışı yayıb. Vurğulanıb ki, ABŞ-ın 5-ci donanması vəziyyəti monitorinq edir.
“İranın hərəkətləri beynəlxalq hüquqa ziddir və regional təhlükəsizlik və sabitliyi pozur. İran hökuməti neft tankerini dərhal buraxmalıdır”, – bəyanatda qeyd edilib.
Səbinə Kərimova / aktualtv.az










