“Biz rəsmi İrəvanın qarşılıqlı məqbul həll yollarının axtarışına töhfə verməsini prinsipial olaraq vacib hesab edirik”.
Aktualtv.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə deyib. Zaxarova qeyd edib ki, hazırda rəsmi Bakı ilə İrəvan arasında münasibətlərin 2020-ci il 9 noyabr tarixli üçtərəfli bəyanata uyğun normallaşdırılması üçün həm Rusiya sülhməramlı kontingenti xətti, həm də siyasi xətt vasitəsilə lazımi səylər davam etdirilir. O, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Moskvada görüşə biləcəyini də dilə gətirib.
“Ermənistan, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşünə dair razılaşma artıq var, tarix daha sonra açıqlanacaq”-deyə Zaxarova vurğulayıb.
Səbinə Kərimova / aktualtv.az










