Birləşmiş Ştatların prezidenti Co Bayden bildirib ki, o, 2024-cü ildə Donald Trampa qalib gələ biləcək yeganə şəxs olmaya bilər.
Lakin o, Trampın ölkə demokratiyası üçün yaratdığı “təhlükəni” bilir:
“Onu yaxşı tanıyıram. Bilirəm demokratiyamıza necə təhlükə yaradır. Daha əvvəl hamımız bunun şahidi olduq. Yaşa gəlincə, aparılan sorğulara görə, 42-46 faiz arasında müsbət reytinqə malikəm. Bundan əlavə, bizdə iqtisadi artım var. İndi elə bir vəziyyətdəyik ki, iqlim böhranı ilə mübarizəyə dünyanın hər hansı bir ölkəsindən daha çox pul yatırıb və daha çox kömək edirik. İndi Birləşmiş Ştatların azad dünyaya rəhbərlik edə bilməsi ilə bağlı böyük narahatlıq var. Lakin biz bunu edirik”.
Xatırladaq ki, Co Bayden ölkəni Trump-la əlaqəli “ekstremistlərdən” qorumaq vədi ilə yenidən seçilmək üçün namizədliyini irəli sürüb.
Səbinə Kərimova / aktualtv.az










