“Baxmut, Ovdeyevka və Uqledar ən qaynar nöqtələr olaraq qalmaqda davam edir. Ən qanlı döyüşlər bu istiqamətlərdə gedir”.
Aktualtv.az xəbər verir ki, Ukraynanın Donetsk vilayəti hərbi administrasiyasının rəhbəri Pavel Kirilenko bildirib ki, Baxmut təkcə Rusiyanın qarşısının alınmasında deyil, həm də Rusiya muzdlularının və hərbçilərinin məhv edilməsində ən mühüm nöqtədir:
“Bu şəhər ayaqdadır və döyüşməkdə davam edir. Mariupol və Volnovaxa istisna olmaqla, Donetsk vilayətində indiyədək 1 436 mülki şəxs həlak olub, 3 min 434 şəxs yaralanıb. Qeyd olunan 2 şəhərdə ölənlərin sayı və Rusiya tərəfinin törətdiyi cinayətləri biz yalnız həmin ərazilər işğaldan azad edildikdən sonra müəyyən edə bilərik”.
Kirilenko vurğulayıb ki, Rusiyanın planlarının həyata keçirilməsinin qarşısını alan Baxmutda amansız döyüşlərin getməsi səbəbindən hazırda bu şəhərə giriş və oradan təxliyə işləri dayandırılıb.
Səbinə Kərimova / aktualtv.az










