İstanbulda dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan “TEKNOFEST” 7-ci dəfə qapılarını ziyarətçilərə açıb.
Aktualtv.az xəbər verir ki, Festivalın ikinci günündə rəsmi olaraq açılış mərasimi baş tutub.
Qeyd edək ki, builki festivalda 102 fərqli kateqoriyalarda 41 yarışma üzrə 1 milyondan çox layihə yarışmada birincilik üzrə yarışır. Festival çərçivəsində “Bayraktar Kızılelma”, “Bayraktar Akıncı” və ilk dəfə olaraq “Bayraktar-TeBe3” Silahlı Pilotsuz Uçuş Aparatı da ziyarətçilərə təqdim olunur. Bundan əlavə, Türk Ulduzları, Solo Türk, “Hürkuş”, “Gökbey”, “Aksunqur”,” Bayraktar TB2”, “Bayraktar AKINCI”, “ATAK” helikopteri aviaşoular ilə çıxış edəcəklər.
Murad Həsənov / aktualtv.az










