BMT Təhlükəsizlik Şurası Taliban tərəfindən qadınlara qoyulan qadağanı pisləyən qətnaməni yekdilliklə dəstəkləyib.
Aktualtv.az xəbər verir ki, qətnamədə qadınların əməyinə qoyulan qadağa pislənir və Əfqanıstanın de-fakto hakimiyyətini bundan imtina etməyə çağırılır.
Xatırladaq ki, Taliban 2021-ci ildə hakimiyyətə gəldikdən qısa müddət sonra qızların və qadınların məktəb və universitetlərdə oxumaq imkanlarını məhdudlaşdırdı. 2022-ci ildə qadınların əməyinə məhdudiyyətlər tətbiq olundu, 2023-cü ilin əvvəlində bu məhdudiyyətlər gücləndirildi. Nəticədə BMT-nin Əfqanıstandakı missiyalarının əməkdaşları bir neçə həftədir öz vəzifələrini yerinə yetirə bilmirlər ki, bu da dünya təşkilatının bu ölkədə humanitar fəaliyyətinin həcmini azaldıb.
Büllur Məmmədova / aktualtv.az










