BMT baş katibinin sözçünün müavini Fərhan Haq keçirdiyi mətbuat konfransında bildirib ki, BMT dünyanın istənilən yerində, o cümlədən Ukraynada tükənmiş uran sursatlarının istifadəsindən narahatdır.
Aktualtv.az “TASS”a istinadən xəbər verir ki, müavin bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin bu cür sursatların Kiyevə ötürülməsi bəyanatları ilə bağlı sualı cavablandırarkən danışıb.
Qurumun rəsmisinin sözlərinə görə, Britaniya hökuməti bu cür sursatların istifadəsindən yaranan hər hansı zərəri təmizləməli olub-olmaması ilə bağlı şərh verməlidir.
Xatırladaq ki, Krallıq Ukraynaya “Challenger 2” tankları üçün minlərlə mərmi, o cümlədən tükənmiş uran mərmiləri göndərib. Bunu isə ölkənin Silahlı Qüvvələr üzrə naziri Ceyms Heppi açıqlayıb.
Murad Həsənov / aktualtv.az










