Rusiya Silahlı Qüvvələri Ukraynanın bir sıra vilayətlərinə, o cümlədən Çerkassı vilayətinə genişmiqyaslı raket hücumu nəticəsində sözügedən regionun Uman şəhərində doqquzmərtəbəli yaşayış evi raket zərbəsinə məruz qalıb.
Rusiya raketinin dəyməsi və ya qalıqlarının yaşayış binasına düşməsi nəticəsində 3 nəfər həlak olub, 8 nəfər yaralanıb.
Aktualtv.az xəbər verir ki, bu barədə vilayətin administrasiya rəhbəri İqor Taburets teleqramda bildirib. Taburets ərazidə xilasedicilərin işlədiyini qeyd edib. Ukraynada genişmiqyaslı hava hücumundan xəbərdarlıq elan edilib.
Yerli vaxtla saat 04:30-dan etibarən ölkənin bütün bölgələrində həyəcan siqnalı verilib. Əhaliyə sığınacaqlarda və ya təhlükəsiz yerlərdə olmaq tövsiyyə olunub.
Büllur Məmmədova / aktualtv.az










