Azərbaycanlı tələbələrin komandası “Teknofest-2023” festivalının qalibi oldu

Türkiyənin Bursa şəhərində keçirilən “Teknofest-2023 Beynəlxalq Pilotsuz Uçuş Aparatları” yarışmasında azərbaycanlı tələbələrdən ibarət “DroneX” komandası 111 komanda arasında qalib olub.

Aktualtv.az xəbər verir ki, “Palmali Holding”in dəstək olduğu “DroneX” komandası bu gün “Mübariz” Pilotsuz Uçuş Aparatı ilə “Teknofest-2023 Beynəlxalq Pilotsuz  Uçuş Aparatları” yarışmasında birincilik əldə edib.

“DroneX” komandasının kapitanı Davud Süleymanov mükafatı alarkən keçirdiyi hissləri bölüşüb:

“Mükafatı alarkən keçirdiyim hissləri təsvir etmək çətindir. Məndə və komandamda böyük bir həyəcan, xoşbəxtlik və qürur hissi var. Biz bu mükafatı kollektivimizin gərgin zəhməti və nizam-intizamlı əməyi nəticəsində qazandıq. Komanda yoldaşlarımın bacarığı, əzmi və əzmkarlığı bizə bu uğuru qazanmağa imkan verdi. Bu gün aldığımız mükafat təkcə nailiyyət sertifikatı və ya medal deyil, həm də əməkdaşlığımızın, komanda ruhunun və inancımızın əhəmiyyətini ifadə edir. Bugünkü mükafat da gələcək hədəflərimiz üçün motivasiya mənbəyi olacaq.  Bu uğurda Mübariz Mənsimovun və “Palmali” şirkətinin dəstəyinin böyük rolu olub. Onların dəstəyi olmasaydı, bəlkə də bu qələbə mümkün olmazdı. Ona görə də onlara bizə göstərdikləri dəstəyə görə bir daha təşəkkür etmək istəyirəm. Bu qələbə komandamız üçün mühüm mərhələdir və bizi gələcək nailiyyətlərimizdə ruhlandıracaqdır”.

“DroneX” komandasının da qatıldığı yarış “Pilotsuz Uçuş Aparatları” kategorisyasında olduğuna görə, “Bursa Yunuseli” Hava limanında baş tutub. Rəsmi mükafatlandırılma mərasimi İstanbulda təşkil olunan “Teknofest -2023” Festivalında keçiriləcək. “DroneX” komandası müfatlandırma mərasimində iştirak etmək üçün artıq İstanbula yola düşüb.

Qeyd edək ki, “MÜBARİZ” Silahlı PUA süni intellektin köməyi ilə düşmənin İnsansız Hava Vasitələrini (İHV) aşkar edir, izləyir və məhv edir. Bunun üçün aparatın alt hissəsində 0,68 kalibr sursat məhsulu olan silah yerləşdirilib. Bundan başqa PUA-nın tam avtonom rejimdə süni intellekt ilə işləyən izləmə və hədəfləmə sistemi, bilinən təhdidlərə dərhal müdaxilə, uzaq məsafəli görüntü transferi, kommunikasiya sistemi, gimballı avtomatik atış sistemi və operator tərəfindən idarə olunan çox qatlı atəşləmə tədbiri kimi özünəməxsus xüsusiyyətləri var.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]