Mübariz Mənsimov azərbaycanlı tələbələrdən ibarət “DroneX” komandasını təbrik etdi

Aktualtv.az xəbər verir ki, “Palmali Holding” şirkətinin prezidenti, azərbaycanlı iş adamı və xeyriyyəçi Mübariz Mənsimov özünün instaqram hesabında Bursa şəhərində keçirilmiş “Teknofest-2023 Pilotsuz Uçuş Aparatları” festivalının qalibi, azərbaycanlı tələbələrdən ibarət “DroneX” komandasına təbrikini paylaşıb.


“DroneX” komandasının “Teknofest-2023” festivalındakı qələbəsi yüksək zəkanın və illərlə çəkilən əziyyətin nəticəsidir. Budur, Azərbaycan gəncliyi və budur, bizim gələcəyimiz. Mən “DroneX” komandasının bütün üzvlərini qələbə münasibətilə təbrik edirəm. Amma bu, təbii ki, sonluq deyil, başlanğıcdır. “MÜBARİZ İBRAHİMOV” PUA-sını və onun müəllifi olan gənc azərbaycanlı tələbələri yeni zirvələrə aparan başlanğıc… Bu yolda sizə uğurlar arzulayıram və hər zaman yanınızdayam. Hər kəs bilsin ki, biz ənənəmizə sadiqik və onu davam etdiririk. Gəmilərimizə şəhidlərimizin adlarını verərək, onları bütün dünyada tanıtmaqda davam etdiyimiz kimi “Polad Həşimov” PUA-sından sonra “Mübariz İbrahimov” PUA-sı da Azərbaycan xalqının qəhrəmanlarını tanıdacaq.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]