Bu gün Türk Aerokosmik Sənayesinin Kahramankazanda yerləşən kampusunda Türk aviasiya sənayesi üçün tarixi bir günə imza atılacaq.
Aktualtv.az xəbər verir ki, Türkiyənin son dövrlərdə həyata keçirdiyi və mühüm mərhələləri geridə qoyan milli layihələri üçün möhtəşəm təqdimat keçiriləcək. Türk mühəndis və texniki işçilərinin bir müddətdir üzərində çalışdıqları təyyarə, vertolyot və pilotsuz döyüş təyyarəsi layihələri “Gələcəyin Əsrin lansmanı” proqramı ilə ictimaiyyətə təqdim olunacaq.
Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı gözlənilən mərasimdə Cümhuriyyətin 100-cü ildönümündə həyata keçirilən Milli Döyüş Təyyarələri, HURJET, ATAK-2 və ANKA-3 orijinal aviasiya məhsulları Türk Havaçılıq və Kosmos Sənayesinin quruluşu tanıdılacaq.
Etibar Məmmədov / aktualtv.az










