73 min sudanlı ölkələrindən qaçqın düşüb.
Aktualtv.az xəbər verir ki, bunu BMT Baş Katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib. Onun sözlərinə görə, BMT bölgədə fəaliyyətini davam etdirir:
“BMT və tərəfdaşlarımız Sudanda humanitar yardımı yenidən başlatmaq üçün əllərindən gələni edirlər. Təhlükəsizlik vəziyyəti imkan verdiyi yerlərdə, o cümlədən Şərqi Sudanda, tərəfdaşlarımız əsasən səhiyyə və qidalanma xidmətlərində fəaliyyətlərini davam etdirirlər. Ümumdünya Səhiyyə Təşkilatı ölkədəki bəzi xəstəxanalara yanacaq paylayıb, eləcə də Qırmızı dənizdə Port Sudana gəmi ilə gələn altı konteyner tibbi ləvazimatları boşaltmaq üçün çalışır. BMT-nin Qaçqınlar üzrə Agentliyi Sudandakı döyüşlər nəticəsində 800,000-dən çox insanın qaçqın düşəcəyini planlaşdırır. Böhran tez bir zamanda həll olunmasa, biz daha çox insanın təhlükəsizlik və humanitar yardım axtarışı ilə qaçmağa məcbur olduğunu görməyə davam edəcəyik”.
Etibar Məmmədov / aktualtv.az










