Serbiyanın paytaxtı Belqradda orta məktəbə silahlı hücum nəticəsində 9 nəfər həlak olub.
Aktualtv.az xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyi paytaxtdakı Vladislav Ribnikar adına orta məktəbin 7-ci sinif şagirdinin mühafizəçilərə və şagirdlərə atəş açdığını, hadisə nəticəsində mühafizəçi və 8-i şagird olmaqla 9 nəfərin həlak olduğunu açıqlayıb. Beş şagirdin isə yaralandığı bildirilib. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.
Hüquq-mühafizə orqanları faktla bağlı araşdırmalara başlayıb. Atasına məxsus silahla hadisəni törədən şagirdin saxlandığı bildirilir.
Qeyd edək ki, Serbiya odlu silah əldə edilməsinə sərt məhdudiyyətlər tətbiq etsə də silah mülkiyyətinə görə Avropada birinci yerdədir. 2019-cu ildə aparılan təxmini hesablamalara görə, ölkədə hər 100 nəfərə 40-a yaxın odlu silah düşür. Bu, ABŞ və Monteneqrodan sonra dünyada ən yüksək göstəricidir.
Səbinə Kərimova / aktualtv.az










