Milli döyüş təyyarəsi KAAN 2028-ci ildə Türkiyə hərbi hava qüvvələrinin inventarına daxil ediləcək.
Aktualtv.az xəbər verir ki, Türkiyə hərbi hava qüvvələri komandanlığına 2028-ci ildə təhvil verilməsi planlaşdırılan milli döyüş təyyarəsi KAAN ilə Türkiyə, 5-ci nəsil döyüş təyyarələri dizayn edən və istehsal edən ölkələr sinfinə daxil olub.
Milli reaktiv döyüş təyyarəsi Kaanın inventara daxil olduqdan sonra Anka-3 və Kızılelma pilotsuz döyüş təyyarələri ilə avtonom qol uçuşu həyata keçirilməsi planlaşdırılır.
Məlumat üçün bildirək ki, milli döyüş təyyarəsinin yaradılmasında məqsəd Birləşmiş Ştatlardan alınan F-16 və F-35 qırıcı təyyarələrini əvəz etməkdir.
Xatırladaq ki, KAAN-ın ilk uçuş testi 2023-cü il martın 16-da keçirilib və uğurla tamamlanıb.
Səbinə Kərimova / aktualtv.az










