Hər gün Əfqanıstanda 167 uşaq qarşısı alına biləcək xəstəliklərdən ölür.
Aktualtv.az “BBC”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Yunisef fondu yayıb. Qərbdə yerləşən Qor əyalətindəki əsas xəstəxananın uşaq şöbəsi ölkədəki vəziyyətin gərginlik səviyyəsini xüsusilə göstərir. Belə ki, bir neçə otağın pnevmaniyadan əziyyət çəkən uşaqlarla dolu olduğu xəstəxanada 60 uşağa iki tibb bacısı düşür.
Bununla belə, Qorda yaşayan milyonlarla insan üçün bu müəssisə hələ də onların əldə edə biləcəyi ən yaxşı təchiz olunmuş dövlət xəstəxanası hesab edilir.
Həmçinin, tibb müəssisələrində uşaqlara oksigen maskalarının çatışmadığı da qeyd edilir. Yazıya əsasən, buna səbəb Talibanın ölkədə səhiyyə sisteminə biganə yanaşmasıdır.
Büllur Məmmədova / aktualtv.az










