Ötən gecə Kiyevə ilin əvvəlindən bəri ən intensiv zərbələr endirilib.
Aktualtv.az xəbər verir ki, bu barədə Kiyev hərbi administrasiyasının rəhbəri Sergey Popko deyib.
O, ayrı-ayrı raket qalıqlarının şəhərin müxtəlif yerlərinə düşdüyünü qeyd edib. Ötən gecə Kiyev şəhərində və eyniadlı vilayətdə hava həyəcanının 3,5 saat davam etdiyi bildirilib. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatıa görə, Rusiya ordusu ötən gecə 24 PUA ilə Ukraynaya hücum edib.
Qeyd edək ki, son sutkada Ukrayna səmasında Rusiyanın İran istehsalı olan 18 ədəd “Şahed” pilotsuz uçuş aparatı vurulub. Rusiya ordusu ümumilikdə son sutkada Ukrayna ərazisinə 67 dəfə raket zərbəsi endirib. Nəticədə mülki binalar dağılıb. “Düşmənin 40 hücumu dəf edilib. Ən şiddətli döyüşlər Baxmut və Marinka uğrunda gedir”, – deyə Baş Qərargahdan bildirilib.
Səbinə Kərimova / aktualtv.az










