ABŞ lideri Co Baydenin Kremlə pilotsuz uçuş aparatları ilə hücumdan sonra Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq fikrində deyil.
Aktualtv.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının bəyanatında qeyd edilib.
Qeyd edək ki, mayın 3-nə keçən gecə Kiyev Rusiya prezidentinin iqamətgahına pilotsuz uçuş aparatları ilə zərbələr endirməyə cəhd edib. Kremldən verilən məlumata görə, Rusiya prezidenti Vladimir Putin hücum zamanı xəsarət almayıb. Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi Rusiya prezidenti Vladimir Putinin Kreml iqamətgahına hücum cəhdi ilə bağlı terror aktı faktı ilə bağlı cinayət işi açıb.
Ağ Evin sözçüsü Karin Jan-Pier dronların Kremlə hücumu fonunda deyib ki, ABŞ Ukraynanı Rusiya ərazisinə zərbə endirməyə təşviq etmir.
Etibar Məmmədov / aktualtv.az










