“Qərbin sanksiyalarından yayınmağın yollarından biri embarqoya məruz qalan ölkələrlə əlaqə qurmaqdır”.
Aktualtv.az xəbər verir ki, bu barədə İran prezidenti İbrahim Rəisi açıqlama verib. Rəisi Suriyaya səfəri zamanı iki ölkə arasında ticarət əlaqələrini genişləndirməyə çağırıb:
“İran və Suriya arasındakı ticarətin hazırkı həcmi bizim nöqteyi-nəzərimizdən qane edici deyil və iki ölkə arasındakı siyasi iradəni təmsil etmir. Əlaqələrimizi genişləndirmək üçün ticarət sahəsində sıçrayış etməliyik. Qərbin sanksiyaları və qadağalarından keçməyin yollarından biri də embarqolara məruz qalan digər ölkələrlə əlaqə və ünsiyyət qurmaqdır”.
Qeyd edək ki, Suriyadakı vətəndaş müharibəsi yarım milyona yaxın insanın ölümünə və ölkənin müharibədən əvvəlki 23 milyon əhalisinin yarısını köçkün vəziyyətinə salmasından sonra ölkə sanksiyalar altındadır. Suriya kimi, İranın da Qərbin sanksiyaları altında olması onilliklər boyu davam edən səhv idarəçiliklə yanaşı, ölkənin milli valyutasını yeni minimuma endirib.
Murad Həsənov / aktualtv.az










