Müharibənin qurbanı olan dinc sakinlər – Özəl

Apreldə Rusiya ordusu Ukraynada 207 dinc sakini qətlə yetirib.

Aktualtv.az xəbər verir ki, Volodimir Zelenskinin sözlərinə görə, öldürülənlərdən 17-si uşaqdır. 400-dən çox mülki şəxs isə yaralanıb.

ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel isə Rusiyanın təşkil etdiyi aviazərbələrin statistikasını açıqlayıb. Bildirib ki, mayın 1-dən Ukrayna ərazisinə 145-dən çox hava hücumu gerçəkləşdirilib:

“Ukrayna hava hücumundan müdafiə sistemlərindən yaxşı istifadə edir. Lakin Rusiyanın hücumları son 3 gündə azı 5-i uşaq olmaqla 100-dən çox günahsız dinc sakinin yaralanmasına və ya ölümünə səbəb olub. ABŞ Ukraynada baş verənlərə və Rusiyanın mülki infrastruktura vəhşicəsinə hücumlarına arxasını çevirməyəcək. Biz Ukraynanın təhülksəziliyi üçün daha 300 milyon dollar yardım ayırdıq. Ümumilikə, 2022-ci ilin fevralın 24-dən 35,8 milyard dollar dəyərində yardım göndərmişik”.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]