Serbiyada bir gəncin avtomobildən atəş açması nəticəsində 8 nəfər ölüb, 13 nəfər yaralanıb.
Aktualtv.az xəbər verir ki, bu, Serbiyada son iki gündə ikinci kütləvi qətl hadisəsi olub. Hadisəni törədən şəxsin saxlanılması üçün keçirilən əməliyyata çoxlu polis maşını və helikopter cəlb edilib.
Bildirilib ki, 21 yaşlı şəxs məktəbinin həyətində polis əməkdaşı ilə mübahisə edib. Mübahisədən sonra o evdən odlu silahı götürərək polisi və onun bacısını qətlə yetirib. Daha sonra o, Şepşin kəndində insanları atəşə tutmaqda davam edib.
Son məlumata görə, şübhəli şəxs mühasirədə olsa da, polisə təslim olmur və cavab atəşi açır.
Xatırladaq ki, bu hadisədən bir gün öncə Belqradda 14 yaşlı yeniyetmənin məktəbə silahlı hücumu nəticəsində 9 nəfər ölüb.
Etibar Məmmədov / aktualtv.az










