Rusiyalı nümayəndə Ankaradakı davadan sonra xəstəxanaya yerləşdirildi

Xəbər verdiyimiz kimi, dünən Ankarada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının sammiti çərçivəsində insident qeydə alınıb.

Rusiya və Ukrayna təmsilçiləri arasında olan davadan sonra rusiyalı nümayəndə xəstəxanaya yerləşdirilib. 

Bu barədə Rusiyanın Ankaradakı səfirliyinin mətbuat xidməti “Telegram” kanalında məlumat yayıb.

Səfirlik qeyd edib ki, Ukrayna nümayəndələri iki dəfə Rusiya nümayəndə heyətinin çıxışını pozmağa cəhd ediblər. 

Bu, ölkə parlamentlərinin spikerlərinin görüşü zamanı Rusiya nümayəndə heyətinin rəhbəri, Dövlət Dumasının deputatı Olqa Timofeyevanın çıxışı zamanı baş verib.

Türkiyə parlamentinin sədri Mustafa Şentop Timofeyevanın çıxışına mane olmamağa çalışaraq, Rusiya əleyhinə şüarlar səsləndirən, Ukrayna bayrağını dalğalandıran etirazçıları iclas zalından çıxarmaq istəyib. Bundan sonra Rusiya Dövlət Dumasının deputatı çıxışına davam edib, lakin mübahisə zaldan kənarda davam edib və orada Rusiya nümayəndə heyətinin üzvlərindən birinin Ukrayna bayrağını ərazidən çıxarmağa cəhd etməsindən sonra dava düşüb.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]