“Vaqner” muzdlu hərbi təşkilatının rəhbəri Yevgeni Priqojinin Rusiya rəsmilərinə qrupunun vəziyyəti ilə bağlı açıqlama verib.
Aktualtv.az xəbər verir ki, onun sözlərinə görə, Rusiya onlara qarşı qəsdən “süni sursat çatışmazlığı” vəziyyəti yaradıb. O, yaranan vəziyyətin aradan qaldırılmasını tələb edib:
“Mən Baş Qərargah rəisi Valeri Gerasimova, müdafiə naziri Sergey Şoyquya, Ali Baş Komandan Vladimir Putinə və Rusiya xalqına müraciət edirəm. 19 mart 2022-ci ildən bölmələrimiz Afrikadan tam təchiz olunmuş şəkildə bölgəyə gəlib və dərhal döyüşə qoşulub. 2022-ci il oktyabrın 8-də Baxmutda uğurlu əməliyyatlar həyata keçirdik. Lakin bizim etdiklərimiz göz ardı edilir. Bu rusiya rəsmiləri tərəfindən qəsdən törədilir. Rusiya bizi silah-sursatla təmin etmir. Belə davam edəcəyi təqdirdə, mayın 10-u bölgədən geri çəkiləcəyik”.
Yevgeni Priqojin tələblərin yerinə yetirilməyəcəyi təqdirdə qüvvələrinin mayın 10-da Baxmutu tərk edəcəyini bildirib.
Etibar Məmmədov / aktualtv.az










