Çavuşoğlu gələcək karyerasından danışdı

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu CNN TÜRK Xüsusi Xəbərlər Departamentinin rəhbəri Fulya Öztürkün suallarını cavablandırıb.

O, qarşıdan gələn seçkilərlə bağlı proqnoz verib.

“Birinci turda proses başa çatacaq. 52-53 faiz arası səs gözləyirəm. İnşallah olacaq. Ədalət və İnkişaf Partiyasının parlamentdəki yerlərinin sayı 300-ü keçəcək. Cümhur İttifaqı olaraq isə daha çox yerimiz olacaq”, – deyə nazir bildirib.

Çavuşoğlu gələcək karyerası barədə də danışıb. O, yenidən xarici işlər naziri postuna iddialı olmadığını deyib.

“Mən həyatımda heç vaxt belə hesablar qurmamışam. Öncədən məqsədim siyasət aləminə daxil olmaq idi. Mən siyasətə gələndə deputat olmağı düşünürdüm, başqa niyyətim yox idi. Ölkəyə töhfə vermək kimi bir borcumuz varsa, onu hansı vəzifədə oluruqsa, edəcəyik”, – deyə XİN rəhbəri qeyd edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]