İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni hazırda müalicədə olduğu Milanın San Raffaele klinikasından videomüraciət yayımlayıb.
Aktualtv.az xəbər verir ki, o, Aİ ölkələrinin dünya siyasətinə münasibətinin yanlış olduğunu bildirib və qeyd edib ki, məhz buna görə dünya birliyi artıq köhnə qitə ilə hesablaşmır.
“Əgər Çin bir gün İtaliyanı və ya başqa bir Avropa ölkəsini işğal etmək qərarına gəlsə, edə biləcəyimiz ən yaxşı şey çin dilini öyrənmək üçün məktəbə getmək olacaq”, – deyə Berluskoni bildirib.
Keçmiş başçının sözlərinə görə, mövcud vəziyyəti dəyişmək üçün Aİ ölkələri bir-biri ilə sıx təmasda olmaqla ümumi hərbi siyasət yürütməlidirlər. Həmçinin hərbi xərcləri artırmaq, eləcə də çevik reaksiya qüvvələrinin sayını ən azı 300 min nəfərə çatdırmaq lazımdır.
Səbinə Kərimova / aktualtv.az










