Ərəb liqası 12 ildən sonra Suriyanın üzvlüyünü bərpa etmək qərarına gəlib.
Aktualtv.az “Anadolu agentliyi”nə istinadən xəbər verir ki, bu barədə məlumatı isə Qahirədə mətbuat konfransında çıxış edən Misirin xarici işlər naziri Sameh Şoukri bildirib.
Onun sözlərinə görə, Ərəb Liqasının xarici işlər nazirləri Suriya hökumət nümayəndələrinin Liqanın iclaslarında iştirakını bərpa etməyə razılaşıblar. Qərar Misirin paytaxtında keçirilən görüşdən sonra qəbul edilib.
Eyni mətbuat konfransında danışan Əbul Qeyt Suriya böhranının həllinə nail olmaq üçün Misir, Səudiyyə Ərəbistanı, İordaniya və İraq tərəfindən təqib komitəsinin yaradıldığını da bildirib. Suriyanın üzvlüyünün bərpası ilə bağlı qərar mayın 19-da Səudiyyə Ərəbistanında keçiriləcək illik ərəb sammitindən əvvəl qəbul edilib.
Büllur Məmmədova / aktualtv.az










