Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinə əlavə dəstək vəd edən dünyanın müxtəlif dövlətlərinə təşəkkür edib.
O, həmçinin Ukraynanın Rusiyanın əli ilə məruz qaldığı vəhşiliklər barədə dünyada məlumatlılığın artırılmasının vacibliyini vurğulayıb:
“ABŞ-dən Yeni Zelandiyaya, Hollandiya və Belçikadan Xorvatiyaya qədər bir çox ölkə Ukraynaya köməyini davam etdirirlər. Mən bütün tərəfdaşlara təşəkkür edirəm. Biz, həmçinin digər tərəfdaşlarımızla Ukraynaya yeni yardımlar üzərində ətraflı işləyirik, onların yaxın gələcəkdə dəstəyini gözləyirik. Rusiyanın xalqımıza qarşı törətdiyi hər bir terror faktından dünyanın xəbərdar olması çox vacibdir. Dünya bir terror dövlətinin nələr etdiyini görməlidir”.
Murad Həsənov / aktualtv.az










