Çinin xarici ticarəti yanvar-aprel aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 5, 8 faiz artaraq, 1,92 trilyon ABŞ dollarına çatıb.
Aktualtv.az xəbər verir ki, Çin Baş Gömrük Administrasiyasının məlumatına görə, bu dövrdə ixrac 10,6 faiz, idxal isə 0,02 faiz çoxalıb.
Hesabat dövründə Çinin ən böyük ticarət tərəfdaşları Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası ölkələri, Avropa İttifaqı və ABŞ olub. Çin ixracın ümumi dəyərinə görə dünyada birinci, idxalın dəyərinə görə isə ABŞ-dan sonra ikinci yerdədir.
Ümumi daxili məhsulun dəyərinə görə, dünyada ikinci olan Çinin iqtisadiyyatının qlobal iqtisadiyyata təsiri olduqca böyükdür. Təsadüfi deyil ki, bir sıra təhlil mərkəzlərinin dünya iqtisadiyyatı ilə bağlı proqnozları Çin iqtisadiyyatının inkişaf proqnozlarına əsaslanır.
Etibar Məmmədov / aktualtv.az










