“Ermənistan və Azərbaycan bəzi məsələlərdə irəliləyiş əldə edib, lakin fundamental məsələlərdə yox”.
Aktualtv.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
“Danışıqlarda məlum prinsip var – hər şey razılaşdırılmayana qədər heç nə razılaşdırılmır. Hesab edirəm ki, danışıqlara bu baxımdan yanaşmaq lazımdır… Bir daha qeyd etmək lazımdır ki, danışıqlar gedir”. – deyə Qriqoryan bildirib.
O xatırladıb ki, Brüsseldə, ondan sonra Kişinyovda ən yüksək səviyyədə görüşün keçirilməsi planlaşdırılır və görüşə Emmanuel Makron və kansler Olaf Şolts da qoşulacaq.
“Yanaşmaların maksimum yaxınlaşması istiqamətində işləməyə və irəliyə doğru addımlamağa çalışaq”, – deyə Qriqoryan vurğulayıb.
Səbinə Kərimova / aktualtv.az










