SON DƏQİQƏ! Dünyanın gözü Qırmızı Meydanda – Putindən İLK MESAJ

9 May Qələbə Günü münasibətilə Moskvada hərbi parad başlayıb. Son illərin “ən gərgin qələbə bayramı” üçün bu səhər minlərlə insan Qırmızı Meydana axışıb. Rusiyanın müdafiə naziri Sergey Şoyqu mərasimə 10 mindən çox insanın qatıldığını, 125 ədəd müxtəlif silah və texnikanın nümayiş olunduğunu bildirib.

Rusiya prezidenti Vladimir Putin Qırmızı Meydanda verdiyi açıqlamada Rusiyanın “əsl müharibə” apardığını vurğulayıb.

Putin dünyanın “dönüş nöqtəsində” olduğunu, Rusiyaya qarşı müharibə başladıldığını iddia edib:

“Bu gün sivilizasiya yenidən həlledici dönüş nöqtəsindədir. Vətənimizə qarşı müharibə başladılıb”.

Rusiyanı qalib olmağa çağıran Putin, “Rusiya üçün, silahlı qüvvələrimiz üçün, qələbə üçün! Yaşasın” dedi.

Bu gün hərbi paradda Putini Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Belarus liderləri, həmçinin Ermənistanın baş naziri Nikol Paşinyan müşayiət edir.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]