Türkiyənin xaricdəki nümayəndəliklərində səsvermə bu gün bitir – Özəl

Türkiyənin xaricdəki nümayəndəlikləri 28-ci çağırış prezident və parlament seçkiləri üçün səsvermə prosesini bu gün başa çatdıracaq.

Aktualtv.az xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Komissiyasının məlumatlarına istinadən məlumat yayıb. Bildirilib ki, aprelin 27-dən bu yana 1,7 milyondan çox səs hüququ olan vətəndaş xaricdə və sərhəd-keçid məntəqələrində səs verib.

Sərhəd-buraxılış məntəqələrində səsvermə mayın 14-dək davam edəcək. Xaricdə ümumilikdə 3 milyon 416 min 098 seçici qeydə alınıb. Dünyanın 73 ölkəsində seçki məntəqələri açıqdır. Səsvermə bülletenləri gücləndirilmiş mühafizə altında Türkiyəyə çatdırılacaq.

Qeyd edək ki, ən çox seçici Almaniyada qeydiyyatdan keçib – 1 milyon 501 min 152 nəfər. Sonrakı yerlərdə Fransa və Niderland gəlir.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]