Almaniyada məscidə hücum edən şəxs Quranı yandırmağa cəhd etdi

Almaniyanın Saksoniya əyalətində yerləşən Drezden şəhərindəki Türk-İslam Dini İşlər Birliyinə (DİTİB) bağlı olan Fatih məscidinə hücum edilib.

Məscidə daxil olan şəxs Quranın yerləşdiyi kitabxanaya tez alışan maddə tökərək yandırıb.

Fatih Məscidi Dərnəyinin sədri Ramazan Yıldırım verdiyi açıqlamada, kimliyi müəyyən edilən təcavüzkarın benzin töküb Quranı yandırmağa çalışdığını, məsciddəki din məmurunun hadisəni görüb tez bir zamanda yanğını söndürdüyünü bildirib.

Təcavüzkarın ikinci dəfə məscidə basqın etməyə cəhd etdiyini bildirən Yıldırım polisə məlumat verildiyini vurğulayıb.

“Daha əvvəl təcavüzkarla bağlı polisə zəng edib, narahatlığımızı bildirmişik. O, Ramazan ayında məscidimizdə Quran yandırmaq istədiyini bəyan edib. O zaman həmin şəxsin sağlamlıq vəziyyətini soruşsaq da, heç bir məlumat ala bilmədik. Ən böyük təsəllimiz odur ki, hadisə zamanı heç kim xəsarət almayıb. İnsidentlə bağlı maddi ziyan da vurulub”, – deyə o bildirib.

Hücumun axşam saatlarında məscid camaatı dağıldıqdan dərhal sonra baş verdiyini ifadə edən Yıldırım müvafiq orqanları lazımi tədbirlər görməməkdə günahlandırıb.

Mənbə: Haber Global

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]