Fuad Hüseynəliyev: “Ermənistan rəhbərliyi öz ölkəsində tam olaraq hakimiyyətə malik deyil” – VİDEO

“Ermənistan rəhbərliyi öz ölkəsində tam olaraq hakimiyyətə malik deyil, çünki Ermənistanın hakim elitası hər hansı ciddi qərar qəbul etmək üçün ayrı-ayrı xarici dairələrə, o cümlədən Moskvaya hesabat verməlidir”.

Bunu “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev CBC telekanalının “Aktualno seqodnya” (“Bu gün aktualdır”) verilişində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında danışıqların növbəti raundunun yekunlarını şərh edərkən deyib.

O, sülhə nail olunmasının Ermənistan üçün həyati əhəmiyyət daşıdığını vurğulayıb.

“Laçın yolunda baş verən son hadisələr, sərhəd nəzarət-buraxılış məntəqəsinin qurulması ilə bununla bağlı məsələ tamamilə həll olunub… Danışıqlar prosesi ətrafında intensivlik ehtiyatlı nikbinliyə də əsas verir”, – F.Hüseynəliyev əlavə edib.

Videokonfrans formatında müzakirələrə Rusiyadan tarix elmləri doktoru, Sankt-Peterburq Dövlət Universitetinin professoru Niyazi Niyazov da qoşulub.

Müzakirələr zamanı Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa şəhərində səsləndirdiyi bəyanatlara xüsusi yer verilib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]