Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə vətəndaş cəmiyyəti nümayəndələrinin qardaş Türkiyəyə işgüzar səfəri çərçivəsində növbəti görüşlər keçirilib

İlk olaraq, nümayəndə heyəti Azərbaycanın Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovla görüşüb. Görüş zamanı Azərbaycan-Türkiyə münasibətləri, QHT-lərin Türkiyə Respublikasında fəaliyyəti və birgə əməkdaşlıq haqqında müzakirələr aparılıb.
Sonra Agentliyin nümayəndə heyəti Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbərinin müavini Evrən Başarın rəhbərlik etdiyi heyətlə görüşüb. Görüş zamanı iki ölkə arasında Ulu Öndər Heydər Əliyevin hakimiyyət illərindən başlayan, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi münasibətləri ilə daha da inkişaf edib qardaşlığa çevrilən dostluq münasibətləri, Türkiyənin və Azərbaycanın uğurları, QHT-lərin yerli və beynəlxalq fəaliyyətləri, birgə əməkdaşlıq və s. müzakirə edilib. Görüşün sonunda Agentliyin xatirə hədiyyəsi təqdim edilib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]