Türkiyədə yeni təlimlər: Hərbçilərimiz də iştirak edir – Özəl

Türkiyədə Azərbaycan hərbçilərinin də iştirak etdiyi “KURTARAN-2023” adlı təlimlər başlayıb.

Aktualtv.az “Anadolu”ya istinadən xəbər verir ki, təlimlərdə qardaş ölkənin Hərbi Dəniz Qüvvələri, Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Sahil Mühafizə Qüvvələri iştirak edirlər.

Şərqi Aralıq dənizində keçirilən təlimlərə Azərbaycan və daha 15 xarici ölkədən ümumilikdə 41 hərbçi qatılır. Həmin dövlətlər arasında Avstriya, Bəhreyn, Bolqarıstan, Cənubi Koreya, Polşa, BƏƏ, Əlcəzair, İndoneziya, Cənubi Afrika, Qətər, Malaziya, Rumıniya, Sinqapur, Səudiyyə Ərəbistanı və Oman var.

Təlimlər çərçivəsində müxtəlif tapşırıqlar və maneverlər icra olunur. Təlimlərin “Yüksək səviyyəli müşahidəçi günü”ndə Türkiyə Hərbi Dəniz Qüvvələri komandanı donanma admiralı Ercüment Tatlıoğlu və 31 ölkədən 32 hərbi atteşə iştirak edib.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]