Avstriyada ABŞ və Çin rəsmiləri arasında yüksək səviyyəli görüş keçirilib.
Aktualtv.az xəbər verir ki, Çin xarici işlər nazirliyindən verilən məlumata görə, tərəflər arasında qlobal və regional təhlükəsizlik məsələləri, Rusiya-Ukrayna müharibəsi və Tayvan boğazındakı məsələlər müzakirə edilib.
“Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyası ofisinin direktoru Vanq Yi və ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan arasında görüş keçirilib. Hər iki tərəf Çin-ABŞ münasibətlərini yaxşılaşdırmaq üçün maneələrin aradan qaldırılması ilə bağlı səmimi, dərin, məzmunlu və konstruktiv müzakirələr aparıblar. Tərəflər həmçinin Asiya-Sakit Okean regionundakı vəziyyət və Ukrayna ilə bağlı ümumi maraq doğuran beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar” -deyə, açıqlamada qeyd olunub.
Murad Həsənov / aktualtv.az










