Qərb 14-ü Polşa tərəfindən təmin edilmiş 28 təyyarə və 325-i Varşavanın olmaqla 575 tankı Ukraynaya təhvil verib.
Aktualtv.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Polşanın Avropa İttifaqındakı Daimi Nümayəndəliyi məlumat verib.
Ukraynaya təhvil verilən tankların 85-i Fransaya, 80-i Almaniyaya, 76-sı isə Birləşmiş Ştatlara məxsusdur. Polşanın göndərdiyi təyyarələr isə MiQ 29 qırıcılarıdır.
Həmçinin, İttifaqın Ali Nümayəndəsi Cozef Borel də Ukrayna ilə bağlı son açıqlamalar verib. Bildirib ki, hərbi əməliyyat başlayandan bəri üzv ölkələr Ukraynaya 16 milyard avro dəyərində silah və sursat göndərib, 17 min əsgərin təlimini başa vurub və bu ilin sonuna qədər 1 milyon artilleriya vasitəsi göndərməyi planlaşdırır.
Səbinə Kərimova / aktualtv.az










