Çin artıq Rusiya və Ukrayna arasında vasitəçi olmaq fürsətini itirib.
Aktualtv.az xəbər verir ki, bunu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Avropa Müdəfiə və Təhlükəsizlik Sammiti çərçivəsində aparılan müzakirə zamanı deyib.
Diplomat Çinin eyni zamanda Avropa İttifaqının vacib tərəfdaşı olaraq qaldığını vurğulayıb. “Rusiyanın Çinin əllərinə düşməməsi üçün çox diqqətli və diplomatik davranmalıyıq” deyən Borrel əlavə edib ki, Çin Rusiyaya qarşı öz nüfuzundan istifadə edərək müharibənin bitməsinə yardım edə bilər.
O, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Çindən öz məsuliyyətinə uyğun davranması tələbi ilə çıxış etməli olduqlarını vurğulayıb.
Etibar Məmmədov / aktualtv.az










