Rusiya ordusu Ukraynaya qarşı genişmiqyaslı müharibədə ağır itkilərinə baxmayaraq ciddi hərbi qüvvə olaraq qalır.
Aktualtv.az xəbər verir ki, bunu NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Kristofer Kavoli deyib.
O, bildirib ki, quru Qoşunlarının həqiqətən böyük problemləri var: çoxlu əsgər, silah və texnika itiriblər. Ancaq bunun müqabilində onların yeri doldurulub və indi Rusiyanın quru qüvvələri əvvəlkindən daha böyükdür.
Generalın sözlərinə görə, Rusiya Hava Qüvvələri yüzdən az qırıcı və bombardmançı təyyarəsini itirib, lakin onların minə yaxın təyyarəsi hələ də var: “Donanma, kibernetik qoşunlar, kosmik qüvvələr demək olar ki, zərər görməyib”.
Kavolinin fikrincə, Rusiya ordusunun döyüş qabiliyyətinin qiymətləndirilməsi zamanı bütün qoşun növlərində imkanları nəzərə alınmalıdır.
Etibar Məmmədov / aktualtv.az










