Türkiyədəki prezident və parlament seçkilərində səsvermədə 60 milyondan çox insan iştirak edib.
Aktualtv.az “Anadolu agentliyi”nə istinadən xəbər verir ki, təqribən 5 milyon nəfər isə ilk dəfə səs verib.
Ölkə üzrə seçicilər üçün ümumilikdə 191 885 seçki qutusu qurulub. Hər bir seçici biri prezident, digəri parlamentarilər üçün iki səs verib. Onların hər biri beş il müddətinə seçiləcək. Seçkidə 30-dan çox siyasi partiya və 150-dən çox müstəqil deputat namizədi mübarizə aparıb.
Prezident Rəcəb Tayyib Ərdoğan, ana müxalifət namizədi Kamal Kılıçdaroğlu və Sinan Oğan arasında keçirilən üçtərəfli yarışın nəticəsini müəyyən etmək üçün bülletenlər sayılıb. İlkin seçkidə Ərdoğan rəqiblərindən daha yüksək səs toplasa da, 50%+1 səs bariyerini aşa bilməyib. Seçkidə ikinci tur mayın 28-də baş tutacaq.
Büllur Məmmədova / aktualtv.az










