Ali Radanın sədr müavini Rusiyaya aparılmış ukraynalı uşaqların qaytarılması üçün Azərbaycandan kömək istəyib

“Azərbaycana müraciət edirəm ki, Rusiyaya aparılmış ukraynalı uşaqların ölkəmizə qaytarılmasına kömək etsin”.

Aktualtv.az – nın xəbərinə görə, bunu bu gün Milli Məclisin ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclasında Ukrayna Ali Radasının sədr müavini Olena Kondratyuk bildirib.

Olena Kondratyuk deyib ki, Azərbaycan Ukraynaya təcili ehtiyac duyulan yardımları göstərir:

“Ukraynanın suverenliyinə dəstəyə görə Azərbaycana təşəkkür edirəm. Biz Ukraynanın bütün ərazilərini geri qaytarmalıyıq. Azərbaycan bayrağı da onun suveren ərazilərində dalğalanmalıdır”.

Olena Kondratyuk Heydər Əliyevin Ukraynanın dostu olduğunu bildirib, Ukraynanın ən ali mükafatı ilə təltif edildiyini xatırladıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]